Bakı. Trend:
Polşa iyunun 1-dən Belarus və Rusiyada qeydiyyatdan keçmiş yük maşınlarının ölkəyə girişinə qadağa tətbiq edir.
Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, sözügedən tarixdən Belarusla sərhədi keçməyə çalışan Rusiya və Belarusda qeydiyyatda olan yük avtomobilləri və qoşqular üçün sərhəddən keçidə qadağa tətbiq ediləcək.