...

Türkiyə Afrikada ilk akademik liseylər açacaq

Dünya xəbərləri Materials 30 İyun 2023 20:23 (UTC +04:00)
Türkiyə Afrikada ilk akademik liseylər açacaq

Bakı. Trend:

Türkiyənin Maarif Vəqfi və Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) şirkəti Nigeriyada ilk peşə və texniki liseyini açacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Maarif Vəqfinin rəhbəri Prof. Dr. Birol Akgün jurnalistlərə açıqlaması zamanı deyib.

Afrika ölkələrində peşə liseyi təhsilinə böyük tələbatın olduğunu ifadə edən Akgün, yeni hədəflərinin Afrikada akademik təhsil verən liseylərin açılması olduğunu bildirib.

"Nigeriyada ​​tələbələrin təhsil alması üçün 2023-2024-cü tədris ilində maarif çoxproqramlı peşə və texniki liseyinin açılması işləri tamamlanmaq üzrədir. Qurulması planlaşdırılan peşə liseyinə hər il yeni şöbə və proqramlar əlavə edilərək zənginləşdiriləcək. Bu çərçivədə açılacaq ilk bölmə “Elektro-mexanika” şöbəsi olacaq", - deyə Akgün qeyd edib.

Birol Akgün vurğulayıb ki, “Elektro-mexanika” şöbəsinin peşə təhsili sahəsindəki təcrübə və bilikləri ilə TUSAŞ-ın əməliyyat və sektor təcrübəsi birləşdiriləcək. “Elektromexanika” departamentinin nəzdində “Mexanika texnologiyası”, “Elektrik texnologiyası” və “İnformasiya texnologiyaları” ixtisaslarına tələbə qəbulu aparılacaq və sentyabr ayında müəyyən olunmuş kurslar, seminarlar, layihə və təcrübə proqramları ilə təhsilə başlanılacaq.

"Biz Toqo hökumətinin tələbi ilə bu ölkədə idman peşə liseyi də açacağıq. Ölkələrin inkişafında sənaye, texnologiya və güclü iqtisadiyyatla yanaşı, idman da son dərəcə əhəmiyyətlidir. Bu sahəyə Afrikada yüksək tələblər var. 2023-2024-cü illərdə Toqoda Maarif İdman Mərkəzi açmağı planlayırıq. Bu mərkəzdə komanda və fərdi idman növləri üzrə ümumilikdə altı şöbədə məşqlər təşkil olunacaq", - deyə Akgün əlavə edib.

Türkiyə Maarif Vəqfinin rəhbəri bildirib ki, Toqoda qurulacaq Maarif İdman Mərkəzində daha keyfiyyətli məşqlər vermək üçün Türkiyə super-liqasının idman klubları ilə əməkdaşlıq, təcrübə mübadiləsi, texniki dəstək, müxtəlif idman tədbirlərinin təşkili kimi ortaq fəaliyyətləri əhatə edən protokollar imzalanıb.

Birol Akgün bunlardan başqa Qərbi Afrika bölgəsi olan Malidə turizm və otelçilik sahəsində olan boşluğu bərpa etmək üçün orada da qeyd edilən sahə üzrə peşə liseylərinin açılması işlərinə başladıqlarını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti