...

Çin sədri bu dövlətlərə ticarət hesablaşmalarında milli valyutalardan istifadəni artırmağı TƏKLİF ETDİ

Dünya xəbərləri Materials 4 İyul 2023 12:59 (UTC +04:00)

Bakı. Trend:

Çin hökuməti Şanxay Əməkdaşlıq Təşkilatının dövlətlərini assosiasiya ölkələri arasında ticarət hesablaşmalarında milli valyutaların payını artırmağa çağırır.

Trend xəbər verir ki, bunu ŞƏT Dövlət Başçıları Şurasının 23-cü iclası zamanı Çin sədri Si Cinpin deyib.

“Təşkilat daxilində milli valyutalarla hesablaşmaların payının artırılmasını məqsədəuyğun hesab edirəm. Biz suveren rəqəmsal valyuta üzrə əməkdaşlığı artırmalıyıq, ŞƏT İnkişaf Bankının yaradılması üzərində işləməliyik", - Si Cinpin əlavə edib. O qeyd edib ki, Çin tərəfdaşlara öz bazarına çıxış imkanı verməyə və inkişaf təcrübəsini bölüşməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti