...

Türkiyədə telefonların "IMEI" qeydiyyat qiyməti artırılıb

Dünya xəbərləri Materials 7 İyul 2023 11:55 (UTC +04:00)
Türkiyədə telefonların "IMEI" qeydiyyat qiyməti artırılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə telefonların "IMEI" qeydiyyat qiyməti 6 091 TL-dən (396 AZN) 20 000 TL-yə (1302 AZN) qaldırılıb.

Trend xəbər verir ki bu göstəricilər 2023-cü ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, "IMEI" qeydiyyat haqqı son illərdə əhəmiyyətli dərəcədə dəyişib. 2015-ci ildə qeydiyyat haqqı cəmi 131 TL idi. Bu, 2016-cı ildə 138 TL, 2017-ci ildə isə 149 TL-yə yüksəldilib. 2018-ci ildə 500 TL olan "IMEI" qeydiyyat haqqı 2019-cu ildə 1500 TL, 2020-ci ildə 1838 TL, 2021-ci ildə 2738 TL-yə yüksəldilib. Qanun dəyişikliyindən əvvəl qeydiyyat rüsumu 6.031 TL idi. 7 iyul 2023-cü il tarixinə "IMEI" qeydiyyat haqqı 20.000 TL idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti