Bakı. Trend:
Meksika körfəzində neft platformasında güclü yanğın başlayıb.
Trend xəbər verir ki, Meksikanın “Pemex” neft şirkəti platformada baş verən yanğında iki nəfərin öldüyünü və bir nəfərin itkin düşdüyünü təsdiqləyib
Məlumatda qeyd olunur ki, karbohidrogenlərin, o cümlədən qazın çıxarıldığı kompleksin bir hissəsi olan platformanın istismarı dayandırılıb. “Pemex” isə hələ də yanğının baş vermə səbəblərini açıqlamır.