...

Böyük Britaniya və Türkiyə yenilənmiş azad ticarət sazişi üzrə danışıqlara başlayacaq

Dünya xəbərləri Materials 18 İyul 2023 15:28 (UTC +04:00)
Böyük Britaniya və Türkiyə yenilənmiş azad ticarət sazişi üzrə danışıqlara başlayacaq

Bakı. Trend:

Böyük Britaniya və Türkiyə yenilənmiş azad ticarət sazişi üzrə danışıqlara başlayacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya rəsmiləri açıqlama verib.

"Türkiyə Böyük Britaniya üçün mühüm ticarət tərəfdaşıdır və bu razılaşma bizim müstəqil post-Brexit ticarət ölkəsi statusumuzdan Böyük Britaniyanın iqtisadi gücünə uyğun sövdələşmələr aparmaq üçün necə istifadə etdiyimizin ən son nümunəsidir. Bu saziş Böyük Britaniya-Türkiyə ticarət əlaqələrini dərinləşdirmək, iqtisadi artımı sürətləndirmək və ölkədəki şirkətləri dəstəkləmək baxımından vacibdir”, - deyə Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok bildirib.

Bundan əlavə, saziş iki ölkə arasındakı işgüzar münasibətləri növbəti səviyyəyə çıxarmağı və 2022-ci ildə əvvəlki illə müqayisədə 30 faizdən çox artımla 23,5 milyard funt-sterlinqə çatmağı hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti