...

Böyük Britaniya miqrantlar üçün "üzən həbsxana" hazırlayıb

Dünya xəbərləri Materials 20 İyul 2023 17:18 (UTC +04:00)
Böyük Britaniya miqrantlar üçün "üzən həbsxana" hazırlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın miqrantlar üçün müvəqqəti sığınacaq olaraq nəzərdə tutulan "Bibby Stockholm" adlı gəmisi ölkənin cənubundakı Dorset qraflığına çatıb.

Trend xəbər verir ki, üç mərtəbəli və futbol meydançası uzunluğunda olan gəmi 500 nəfər sığınacaq axtaran miqrant üçün nəzərdə tutulub.

Tənqidçilər gəmini "üzən həbsxana" adlandırıb. Onların fikrincə, əslində 222 nəfər üçün nəzərdə tutulan gəmiyə sıxışdırılmış 500 nəfər sığınacaq müraciətlərinin cavablandırılmasını gözlədikləri müddətdə əlavə travma yaşayacaqlar.

Qeyd edək ki, Böyük Britaniya hökuməti qanunsuz miqrasiyanın qarşısını almaq üçün ötən ay qanunsuz miqrasiya barədə qanun layihəsini irəli sürüb. Qanun layihəsi qəbul olunacağı təqdirdə ölkəyə daxil olan qanunsuz miqrantlar sığınacaq tələb edə bilməyəcək və qısa müddət ərzində deportasiya olunacaqlar.

Deportasiya olunanlar təhlükəsiz olduğu halda öz ölkələrinə, əks halda təhlükəsiz hesab edilən üçüncü ölkələrə göndəriləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti