...

Türkiyə yeni silahın sınaqlarına başlayır

Dünya xəbərləri Materials 24 İyul 2023 10:43 (UTC +04:00)
Türkiyə yeni silahın sınaqlarına başlayır

Bakı. Trend:

Türkiyənin Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu (TÜBİTAK-SAGE) tərəfindən hazırlana UÇA təyyarədən atıla bilən minanın sınaqları bu il başlayacaq.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a özəl olaraq Türkiyənin hərbi saytından məlumat verilib.

Məlumata əsasən, UÇA silahı 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdiriləcək.

Qeyd edək ki, UÇA sensorları ilə hədəfləri akustik, maqnit və təzyiq izlərinə görə aşkar edərək təsnif edərək düşmən gəmilərinin və sualtı qayıqlarının hərəkətini məhdudlaşdıran MALAMAN hədəf aşkarlama və atəş açma sisteminin xüsusiyyətləri ilə effektiv idarə olunan strateji sursat rolunu oynayacaq.

Sualtı Akustik IFF (Dost-Düşmən Tanıma) Sisteminə sahib olacaq silahda təzyiq, vibrasiya, maqnit anomaliyası və akustik sensorlar olacaq. UÇA bu qabaqcıl sensor birləşmə texnologiyası ilə hədəf gəmiləri aşkar etmək və məhv etmək qabiliyyətinə malik olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti