...

İsveç və Danimarkadan geri addım - Quranın yandırılması qadağan edilə bilər

Dünya xəbərləri Materials 1 Avqust 2023 16:48 (UTC +04:00)

Bakı. Trend:

İslam dünyasında kütləvi etirazlardan sonra Danimarka Qurani-Kərimin yandırılması aksiyalarını qanunvericilik səviyyəsində məhdudlaşdırmaq imkanını nəzərdən keçirir.

Trend xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hökumət gələcəkdə digər mədəniyyətlərin və dinlərin təhqir olunması ilə müşayiət edilən Qurani-Kərimin yandırılması səbəbindən baş qaldıran etirazların qarşısını almaq üçün sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq imkanını nəzərdən keçirir.

Bu etirazlar xüsusilə təhlükəsizlik nöqteyi-nəzərdən Danimarka üçün ciddi fəsadlara verə bilər.

“Əlbəttə, bu, Konstitusiya ilə müdafiə olunan söz azadlığı çərçivəsində ediləcək”, - deyə XİN-in bəyanatında vurğulanır.

İsveçin baş naziri Ulf Kristersson danimarkalı həmkarı ilə Qurani-Kərimin yandırılmasına qarşı birgə addımların atılmasını müzakirə etdiyini bildirib:

“Biz İkinci Dünya müharibəsindən bəri təhlükəsizlik sahəsində ən ciddi vəziyyətlə qarşılaşırıq və bundan istifadə etmək istəyən dövlətlər və ya ayrı-ayrı şəxslər olaraq müəyyən subyektlər mövcuddur. Mən nələrin baş verə biləcəyindən çox narahatam”.

İsveçin Baş naziri müsəlmanların müqəddəs kitabını təhqir etməklə bağlı bu həftə səslənən yeni çağırışları nəzərə alaraq yüksək riskli vəziyyət barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti