...

Pentaqon Yaxın Şərqə 3000-dən çox hərbçi göndərdi

Dünya xəbərləri Materials 7 Avqust 2023 19:38 (UTC +04:00)
Pentaqon Yaxın Şərqə 3000-dən çox hərbçi göndərdi

Bakı. Trend:

ABŞ Yaxın Şərqə 3000-dən çox hərbçi yerləşdirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni qüvvələr avqustun 6-da “Bataan" və “Carter Hall” desant gəmiləri ilə Qırmızı dənizə gəlib.

Məlumata görə, bu, ABŞ hökumətinin əvvəllər elan etdiyi hərbi qüvvə və vasitələrin yerləşdirilməsi ilə bağlıdır. Bölgəyə təkcə ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həm də təyyarələr, helikopterlər və amfibiya maşınları yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti