Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri və Çin Hərbi Hava Qüvvələri “Şahin Qalxanı 2023” birgə təliminə başlayıb.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən paylaşımda deyilir.
"BƏƏ Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Çin Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri ilə birgə keçirilən “Şahin Qalxanı 2023" təliminin başladığını açıqlayır", - deyə paylaşımda bildirilir.
Qeyd edilir ki, təlimlər Çinin ərazisində keçirlir.