...

Türkiyə BƏƏ-yə hazır geyim məhsulları ixracının həcmini açıqlayıb

Dünya xəbərləri Materials 10 Avqust 2023 17:46 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Birləşmiş Ərəb Əmirliklərinə hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz azaldaraq 98,1 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Birləşmiş Ərəb Əmirliklərinə hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,1 faiz artıraraq 10,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti