...

Rus hərbçiləri ermənilərə təlim keçib

Dünya xəbərləri Materials 14 Avqust 2023 12:33 (UTC +04:00)

Bakı. Trend:

Rus ordusunun pilotları Ermənistanda təlim keçirib.

Trend xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları müxtəlif manevrlər icra ediblər. Təlimlərin Erebuni aerodromunda baş tutduğu bildirilib.

Qeyd edilib ki, uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, həmçinin 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti