Bakı. Trend:
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artıraraq 254,3 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyul ayında Türkiyənin Gürcüstana kimyəvi maddə məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 48,3 faiz azalaraq 32,1 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 16,7 milyard dollara bərabər olub.
Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 30,5 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.