...

COVID-19-a yoluxma halları artmağa başlayıb - ÜST

Dünya xəbərləri Materials 18 Avqust 2023 09:34 (UTC +04:00)
COVID-19-a yoluxma halları artmağa başlayıb - ÜST
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, yuxarıda qeyd olunan müddət ərzində 2 300-dən çox insan COVID 19-dan dünyasını dəyişib.

ÜST bəyan edir ki, mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 infeksiyası dünyada əsas təhlükə mənbəyi olaraq qalmaqdadır.

Bununla əlaqədar olaraq təşkilat ölkələri diqqətli olmağa, mütəmadi müşahidə və hesabat aparmağa, yüksək riskli qrupları peyvəndlə təmin etməyə, ventilyasiyanı yaxşılaşdırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti