Bakı. Trend:
Meksikanın Sakit okean sahillərində daha təsirli olması və ABŞ-nin Kaliforniya əyalətinin cənubunda tropik fırtınaya çevrilməsi ehtimal olunan "Hilari" qasırğası daşqınlarla nəticələnən şiddətli yağışlara səbəb olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əlverişsiz hava şəraiti ABŞ-nin xüsusən San-Dieqo aeroportunda və Nevada ştatındakı Harri Rida aeroportunda mindən çox aviareysin ləğv edilməsinə səbəb olub. Təxminən 5 min reysdə isə gecikmələr olub.
Meksikanın Santa-Rosaliya şəhərində isə ən azı bir nəfər təbii fəlakətin qurbanı olub. O avtomobilin su axınına çevrilməsi nəticəsində həlak olub.
Qasırğa nəticəsində ölkənin bir çox hissəsində elektrik naqilləri kəsilib, ağaclar aşıb.
ABŞ-nin Kaliforniya və Nevada ştatlarında qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, ABŞ Milli Meteoroloji Xidmətin məlumatına görə, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb.