...

COVID-19 laboratoriya yox, təbii mənşəlidir - ÜST

Dünya xəbərləri Materials 21 Avqust 2023 20:50 (UTC +04:00)
COVID-19 laboratoriya yox, təbii mənşəlidir - ÜST
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Ceremi Farrar “The Financial Times”a müsahibəsində bildirib.

"“COVID-19”un təbii mənşəli olması ehtimalı getdikcə daha da artır. ÜST mütəxəssisləri koronavirusun mümkün yaranma səbəbi kimi laboratoriya yolunu – Uhan Virusologiya İnstitutundan sızmanı və infeksiyanın şəhər bazarlarında heyvan əti vasitəsilə ötürülməsini istisna etmirlər", - deyə ekspert bildirib.

O, Çinin bütün məlumatları paylaşmağa hazır olduğu təqdirdə koronavirusun mənşəyinin səbəblərini axtarmaq üçün ÜST-nin Çinə yeni missiyasının təşkil edilməsini təklif edib.

İyul ayında məlum olub ki, ABŞ hökuməti Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsinə çıxışı dayandırıb. Bu, ABŞ hökumətində adıçəkilən elmi müəssisə ilə bağlı təhlükəsizlik suallarının cavabsız qalması ilə izah edilib.

Xatırladaq ki, ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti