...

Cənubi Koreya, ABŞ və Yaponiya birgə təlimlər keçirib

Dünya xəbərləri Materials 29 Avqust 2023 09:06 (UTC +04:00)
Cənubi Koreya, ABŞ və Yaponiya birgə təlimlər keçirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya, ABŞ və Yaponiya keçən həftə Şimali Koreyanın kosmik raket buraxmasına cavab olaraq beynəlxalq sularda üçtərəfli raketdən müdafiə təlimləri keçirib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir. Təlim Cənubi Koreyanın Ceju adasının cənubunda baş tutub.

Cənubi Koreya donanması təlimin Şimali Koreyanın yaxınlaşan nüvə və raket təhdidlərinə cavab olaraq keçirildiyini bildirib.

Təlimdə, həmçinin 2023-cü ilin sonuna qədər qüvvəyə minməli olan üçtərəfli raket hücumu xəbərdarlığı sisteminin komponentləri sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti