...

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 18:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, G20 Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına icazə verilmədiyi üçün səfir nazirliyə çağırılıb.

Rusiya XİN-in bəyanatında həmçinin deyilir ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, sentyabrın 9 -da Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti