...

HƏMAS ölkənin cənub ərazilərinə keçib - İsrail XİN

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 13:13 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS üzvləri İsrailin cənubundakı icmalarda patrul xidməti həyata keçirirlər.

Trend xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir:

“Bu səhər onlarla HƏMAS silahlısı Qəzzadan İsrail ərazisinə keçib. Minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir, HƏMAS silahlıları isə İsrailin cənubundakı icmalarda patrul xidməti aparır, evlərə sızmağa və günahsız israilli ailələri öldürməyə çalışırlar”.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyinin “X” (tvitter) sosial şəbəkə hesabında "HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək", - deyə paylaşım edib.

Paylaşımda bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə terrorçuların sızması da daxil olmaqla birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək.

Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti