...

Hakan Fidan BƏƏ XİN rəhbəri ilə telefonla danışıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 10:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Nahyan ilə telefonla danışıb.

Trend xəbər verir ki, nazirlər İsrail-Fələstin münaqişəsi çərçivəsində Qəzzadakı humanitar vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti