...

BƏƏ Türkiyədən polad məhsulları idxalını azaldıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 11:07 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliklırinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azaldaraq 62,1 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə BƏƏ-yə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 28 faiz azaldaraq 8,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalaraq, 11,1 milyard dollara bərabər olub.

Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 21,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 15,1 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti