...

Cənubi Koreya, ABŞ və Yaponiya ilk birgə hava təlimləri keçirəcəklər

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 08:06 (UTC +04:00)
Cənubi Koreya, ABŞ və Yaponiya ilk birgə hava təlimləri keçirəcəklər

Bakı. Trend:

Cənubi Koreya, ABŞ və Yaponiya ilk dəfə Koreya yarımadası yaxınlığında birgə hava təlimləri keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi mənbəyə istinadən bildirib.

"Cənubi Koreya, ABŞ və Yaponiyanın Hərbi Hava Qüvvələrinin iştirak etdiyi birgə hava təlimi üç ölkənin "B-52" qırıcılarının müşayiəti ilə sıra uçuşdan ibarət olacaq", - deyə qeyd olunub.

Qeyd olunub ki, təlimlər bazar gününə, oktyabrın 22-nə planlaşdırılıb və Koreya yarımadası üzərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti