Bakı. Trend:
İran Ermənistanla yol ödənişlərini sıfırlamaq barədə razılığa gəlib.
Trend xəbər verir ki, bunu İrəvanda səfərdə olan İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
Onun sözlərinə görə, bu sayədə iş adamları üçün çox ciddi problem həllini tapacaq, belə ki, onlar daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcəklər.
İranlı nazir Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla "Şimal-Cənub" marşrutunun İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinədək uzanan 32 km uzunluqda cənub hissəsinin tikintisinə dair müqavilə imzalayıb.