...

Oğlanları öldürülən ata şikayət etmədi, ana isə heç məhkəməyə də gəlmədi - ŞÜBHƏLİ OLAY (FOTO)

Dünya xəbərləri Materials 23 Oktyabr 2023 23:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda başından güllə ilə vurulan 16 yaşlı Kendal Yıldız yerindəcə dünyasın dəyişib.

Trend xəbər verir ki, hadisədə şübhəli bilinən iki müttəhimin məhkəməsi başlayıb. Kendalın ölümünə səbəb olduğu iddia edilən müttəhim Barış Gündüz (24) onu təhqir edənləri qorxutmaq üçün havaya atəş açdığını iddia edib. Digər tərəfdən, mərhum Kendalın atası şikayət etmədiyi halda, anası isə ümumiyyətlə məhkəmə prosesində iştirak etməyib.

Mərhumun hər iki valideyinin prosesdən şikayət etməməsi və övlad itkisinə bu qədər əssiz qalması hər kəsi təəccübləndirib.

Qeyd edək ki, qətlə yetirilən yeniyetmənin atası Halis Yıldız həbsdə olduğundan saxlanıldığı həbsxanadan “şikayətçi” kimi məhkəməyə gətirilib.

Xəbər lenti

Xəbər lenti