...

İsveç NATO-ya üzv olmalıdır - Baş katib

Dünya xəbərləri Materials 24 Oktyabr 2023 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq hərbi bloka üzv ölkələrə ünvanladığı məktubda İsveçin noyabrın 28-29-dan gec olmayaraq alyansa üzv qəbul edilməli olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.

Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması barədə protokolu baxılması üçün parlamentə təqdim edib. Prosedura əsasən, sənədə əvvəlcə beynəlxalq məsələlər üzrə komissiyada baxılacaq, təsdiqlənəcəyi təqdirdə parlamentdə səsverməyə qoyulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti