...

Qoy, iki dəfə düşünsünlər - Simonyan Rusiya səfirinin XİN-ə çağrılmasından danışdı

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 16:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlementinin spikeri Alen Simonyan Rusiyanın Ermənistandakı səfirinin XİN-ə çağrılmasından danışıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Simonyan Rusiyanın bu addımlarının Ermənistanda əks təsir yaratdığını deyib.

"Bilirsiniz, onlar nəsə edirlər və bu, bizim cəmiyyətdə əks təsir yaradır. Bilmirəm, onların məsləhətçiləri kimlərdir, amma bu proqram, bu açıqlamalar Ermənistanda əks təsir yaradıb. Qoy, gələn dəfə bunu etməzdən əvvəl iki dəfə düşünsünlər", - Simonyan deyib.

Qeyd edək ki, ötən gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın "Birinci kanal"ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı "tamamilə qəbuledilməz bəyanatlar" səsləndirilib. Bununla bağlı diplomata etiraz notası bildirilib.

Xəbər lenti

Xəbər lenti