...

Serbiya Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verib

Dünya xəbərləri Materials 4 Noyabr 2023 03:27 (UTC +04:00)

Bakı. Trend:

Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru Aleksandar Vulin istefa verib.

Trend-in məlumatına görə, A.Vulin ABŞ və Avropa İttifaqını şantajda ittiham edib, Serbiyaya qarşı təzyiqləri artırmaqda günahlandırıb.

“Mən Serbiyaya qarşı şantaj və təzyiqin səbəbi deyiləm, buna icazə verməyəcəyəm. Bunun üçün də Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru vəzifəsindən istefa verirəm. Mənə qarşı tətbiq edilən sanksiyalar serblərin birliyi uğrunda inadkar mübarizəmin sübutudur”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti