...

İtaliyadan Qəzza zolağına xəstəxana gəmisi göndərilib

Dünya xəbərləri Materials 9 Noyabr 2023 06:37 (UTC +04:00)

Bakı. Trend:

İtaliya donanmasına məxsus xəstəxana gəmisi Qəzzada yaralılara tibbi yardım göstərilməsi üçün bölgəyə yola düşüb.

Trend-in məlumatına görə, İtaliyanın müdafiə naziri Quido Krosetto ölkəsinin Fələstin xalqına yardımlarını davam etdirdiyini, gəminin müharibədən zərər çəkmiş bölgələrə yaxın ərazidə olacağını bildirib.

Nazir əlavə edib ki, gəmidə ümumilikdə 170 personal olacaq və onlardan 30-u fövqəladə vəziyyətlərin idarə olunmasında ixtisaslaşan peşəkar mütəxəssisdir.

Əməliyyat otaqları və tibbi ləvazimatlarla təchiz olunan “Vulcano“ adlı gəmi noyabrın 8-də İtaliyanın Sivitaveççiya limanından yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti