...

ABŞ-nin hərbi təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 12 Noyabr 2023 03:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin hərbi təyyarəsi Aralıq dənizində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

Trend xəbər verir ki, noyabrın 10-da təlim uçuşu zamanı fövqəladə vəziyyət yaranıb və nəticədə təyyarə qəzaya uğrayıb.

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təyyarədə olan hərbçilərin xəsarət alıb-almadığını açıqlamayıb.

Hazırda hadisənin səbəbi araşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti