...

Baydenin impiçmentinə hazırlıq gələn ilin ortalarına qədər başa çata bilər

Dünya xəbərləri Materials 5 Dekabr 2023 08:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü ilin birinci yarısında ölkə prezidenti Co Baydenə qarşı impiçment proseduruna başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə Amerika qanunverici orqanının Aşağı Palatasının Məhkəmə Komitəsinin sədri Cim Cordan deyib.

"Hesab edirəm ki, bu və ya digər şəkildə qərar o vaxta qədər veriləcək", - deyə o, “İmpiçment maddələri”nin gələn ilin ortalarına qədər hazır olub-olmayacağı sualına cavabında deyib. "Düşünürəm ki, bu tarixdən çox əvvəl ola bilər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti