...

ABŞ-də imam məscid yaxınlığında atışma zamanı ağır yaralanıb

Dünya xəbərləri Materials 4 Yanvar 2024 04:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.

Trend-in ABC telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 06:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində “Məhəmməd” məscidinin yaxınlığında baş verib. Adı açıqlanmayan imam (namaz rəhbəri və ruhani - red.) xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Atışmanın təfərrüatı açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti