...

Qazaxıstanda doqquz məsul şəxs həbs edilib

Dünya xəbərləri Materials 17 Yanvar 2024 12:42 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda kömür mədənində partlayışa görə doqquz məsul şəxs həbs edilib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Mədəndəki partlayışla əlaqədar istintaq başa çatmaq üzrədir. Mədənin doqquz məsul işçisi şübhəli bilinərək həbs olunub", - məlumatda deyilir.

Xatırladaq ki, 28 oktyabr 2023-cü ildə Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış baş verib. Qəza nəticəsində 46 mədən işçisi həlak olub, 28 nəfər yaralanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti