...

ABŞ Nümayəndələr Palatası daxili təhlükəsizlik naziri barədə qətnamə qəbul edib

Dünya xəbərləri Materials 14 Fevral 2024 12:47 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatası daxili təhlükəsizlik naziri barədə qətnamə qəbul edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatası ölkənin daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın impiçmenti barədə qətnamə qəbul edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qətnamə 214 səs çoxluğu ilə qəbul edilib, 213 nəfər isə qətnamənin əleyhinə səs verib.

ABŞ KİV-i demokratların çoxluq təşkil etdiyi Senatın impiçment qərarını dəstəkləməyəcəyini yazır.

Qeyd olunub ki, Mayorkas federal miqrasiya qanunlarına riayət etməkdən imtina etməklə və ABŞ-Meksika sərhəddinin təhlükəsiz olduğuna dair açıqlamalar verməklə ictimai inamı sarsıdıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti