...

İran təhlükəsizlik məqsədilə sərhədlərini möhkəmləndirmək niyyətindədir

Dünya xəbərləri Materials 16 Fevral 2024 12:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın öz sərhədlərini möhkəmləndirilməsinə başqaları etiraz edə bilməzlər. Çünki bütün ölkələrdə təhlükəsizliyin yaradılması üçün bu addım atılır.

Trend-in məlumatına görə, bunu İran ordusu quru qoşunları komandanı general-mayor Kiyumərs Heydəri İranın Əfqanıstanla sərhədi ilə yaxından tanış olarkən deyib.

K.Heydərinin sözlərinə görə, İran və Əfqanıstan sərhədinin möhkəmləndirilməsi ölkənin milli layihələrindən biridir. Ölkənin şimal-şərqində sərhədlərin möhkəmləndirilməsi üzrə layihədə mühəndislər 74 kilometr uzunluğunda sərhəddə işləyirlər.

Heydəri əlavə edib ki, İranla qonşu bütün ölkələr həmişə yaxşı qonşuluq prinsipinə hörmətlə yanaşıb və İranda bu prinsipə hörmətlə yanaşır. İranın heç vaxt heç bir qonşu ölkənin ərazisinə bir qarış belə təcavüz etmək niyyəti olmayıb və yoxdur.

İranlı general-mayor deyib ki, ölkənin təhlükəsizliyi silahlı qüvvələr tərəfindən həm PUA, həm kameralar, həm də fiziki şəkildə təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti