...

Argentinada qubernator prezidenti iğtişaşla hədələyib

Dünya xəbərləri Materials 24 Fevral 2024 16:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi regiona lazımi vergi gəlirləri daxil olmasa, neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Torres bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm.

Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti