Yaponiyada on nəfər qar uçqunu altında qalıb

Dünya xəbərləri Materials 2 Mart 2024 17:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Naqano prefekturası ərazisindəki dağlarda 10-a yaxın insan qar uçqununun altında qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Otari kəndi yaxınlığında baş verib.

Bildirilib ki, zərərçəkənlərdən bəziləri qarın altından çıxmağa müvəffəq olub, lakin bir neçə nəfərin taleyindən hələ də xəbər yoxdur.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata helikopterin də cəlb olunduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti