...

ABŞ Yəməndə husilərin iki raketinə zərbə endirib

Dünya xəbərləri Materials 9 Mart 2024 10:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbçiləri Yəmən ərazisində "Ənsar Allah" hərəkatının iki gəmi əleyhinə raketinə zərbə endirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, gəmi əleyhinə raketlər yük maşınlarına montaj edilib.

Bundan başqa, CENTCOM bildirib ki, husilərin Sinqapura məxsus "Propel Fortune" adlı quru yük gəmisi istiqamətində iki gəmi əleyhinə raket buraxıb, lakin raketlər hədəfə çatmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti