Bakı. Trend:
Nigeriyanın şimal-qərbində quldurlar 15 məktəblini qaçırıblar.
Trend-in məlumatına görə, bu barədə Nigeriyanın "Punch" qəzeti təhsil müəssisəsinin nümayəndəsi Liman Abubakara istinadən xəbər verib.
"Bu saata olan məlumata görə, 15 tələbə itkin düşüb, lakin onların sayı arta bilər", - deyə o bildirib.
Məlumata əsasən, quldurlar gecə yarısı Sokoto ştatında məktəb yataqxanasına hücum ediblər.