...

Türkiyədə 173 qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 24 Mart 2024 13:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə qanunsuz miqrantların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata əsasən, “Kalkanlar-16” kod adı altında başladılan əməliyyat Muğla, Bursa, İstanbul, İzmir, Mərsin və Qaziantep olmaqla Türkiyənin altı vilayətində icra olunub.

Əməliyyat nəticəsində 173 qanunsuz miqrant saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti