...

“Crocus City Hall”da xilasetmə və axtarış tədbirləri başa çatıb

Dünya xəbərləri Materials 27 Mart 2024 00:47 (UTC +04:00)
“Crocus City Hall”da xilasetmə və axtarış tədbirləri başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Crocus City Hall”da axtarış tədbirləri yekunlaşıb.

Trend-in məlumatına görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Moskva vilayəti üzrə rəhbəri Sergey Poletıkin bildirib.

“Xilasetmə və qurbanların axtarışı üçün bütün səylər başa çatıb. Deyə bilərəm ki, dağıntılar altında daha qurban yoxdur", - deyə Poletıkin qeyd edib.

Onun sözlərinə görə, xilasedicilər qrupu fövqəladə hadisə yerini tərk etməyə başlayacaq.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terroristlər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. 139 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti