...

Yaponiyada sunami xəbərdarlığı ləğv edilib

Dünya xəbərləri Materials 3 Aprel 2024 08:24 (UTC +04:00)
Yaponiyada sunami xəbərdarlığı ləğv edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Meteorologiya İdarəsi Tayvanın şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra Okinava prefekturasında sunami xəbərdarlığını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə qurumun saytında dərc olunan məlumatda qeyd olunub.

Yalnız dəniz səviyyəsində cüzi dəyişiklik ehtimalını əks etdirən proqnoz qüvvədə qalır.

Qeyd edək ki, Tayvanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ baş verib, ardınca 6,6, 6,3 və 6 bal gücündə afterşoklar qeydə alınıb. Tayvan adasının meteoroloji xidməti zəlzələnin maqnitudasını 7,2 bal qiymətləndirib, əlavə olaraq 6,5 bal gücündə 30-a yaxın afterşok hesablayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti