...

Gürcüstan Kəşfiyyat Xidmətinə yeni rəis təyin olundu

Dünya xəbərləri Materials 5 Aprel 2024 16:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

Trend xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bununla əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Beraya Kəşfiyyat Xidmətinin yeni rəisi təyin edilib.

İrakli Beraya bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyində və Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, dünən Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti