...

Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Dünya xəbərləri Materials 12 Aprel 2024 11:16 (UTC +04:00)
Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 15-də Daşkənddə "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun xarici işlər nazirlərinin ikinci iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun XİN başçılarının 1-ci sammiti çərçivəsində əldə olunan razılaşmaların icrası nəzərdən keçiriləcək, siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələrdə, eləcə də təhlükəsizlik və ətraf mühitin inkişafı sahəsində inkişaf müzakirə olunacaq.

Qeyd olunub ki, iclasda Mərkəzi Asiyadan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın, Körfəz ölkələrindən isə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, "Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası" Strateji Dialoqunun XİN başçılarının 1-ci sammiti 2023-cü il iyulun 19-da Ciddə şəhərində keçirilib. 3-cü sammitin isə 2025-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti