...

Yanvar-mart aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı artıb

Dünya xəbərləri Materials 13 Aprel 2024 14:29 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz artaraq, 15,2 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Çinə 4,6 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 9,1 milyard dollara çatıb.

Bu ilin mart ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 35,5 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti