...

ABŞ İsrailə hücum etdiyi üçün İrana sanksiya cavabı hazırlayır

Dünya xəbərləri Materials 17 Aprel 2024 03:37 (UTC +04:00)
ABŞ İsrailə hücum etdiyi üçün İrana sanksiya cavabı hazırlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İsrailə hücumu fonunda İrana qarşı tezliklə yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Yaxın günlərdə ABŞ İrana qarşı onun raket və dron proqramlarınə əhatə edən sanksiyalar, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İran Müdafiə Nazirliyinə dəstək verən qurumlara qarşı yeni sanksiyalar tətbiq edəcək", - deyə o bildirib.

C.Sallivanın sözlərinə görə, Vaşinqton ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının da Tehrana qarşı öz sanksiyalarını tətbiq edəcəyini gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti