...

İsveç Qırmızı dənizdəki Aİ missiyasına 25 tibb işçisi cəlb edəcək

Dünya xəbərləri Materials 18 Aprel 2024 19:34 (UTC +04:00)
İsveç Qırmızı dənizdəki Aİ missiyasına 25 tibb işçisi cəlb edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveç hökuməti yaxın zamanda Qırmızı dənizə 25 nəfərdən ibarət tibbi heyət göndərməyə qərar verib.

Trend xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson yerli telekanala müsahibəsində deyib.

Məlumata görə, sözügedən tibbi heyət Niderlanda məxsus gəmidə olacaq və Avropa İttifaqının (Aİ) hərbi dəniz qüvvələrinin "Aspides" missiyasında iştirak edəcək.

Əsasən cərrah və anestezioloqlardan ibarət olacaq tibb heyətinin ən azı avqust ayınadək Aİ missiyasında iştirak edəcəyi qeyd olunub.

Qeyd edək ki, Aİ-nin Qırmızı dənizdə gəmilərin mühafizəsi üzrə "Aspides" missiyası fevralın 19-da başlayıb. Missiya hazırda dörd freqatdan ibarətdir. ABŞ və Böyük Britaniyanın Süveyş kanalında ticarət gəmilərinin mühafizəsi üçün özlərinin ayrı koalisiyası var.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti