Bakı. Trend:
Şri-Lanka hakimiyyəti dəniz yolu ilə səyahət edənlər üçün onlayn vizaların verilməsi mexanizmini işə salıb.
Trend-in məlumatına görə, bu barədə "Daijiworld" nəşri xəbər verib.
"Şri-Lankanın İmmiqrasiya və Mühacirət Departamenti ölkəyə dəniz yolu ilə daxil olan səyahətçilər üçün onlayn viza sistemi tətbiq edib. Viza turistlərə 4 gün müddətinə verilir və Şri Lankaya gəlməmişdən əvvəl rəsimləşdirilməlidir", - deyə bildirilib.
Qeyd olunub ki, onlayn vizanın qiyməti 25 dollar təşkil edir.