...

İranda istirahət günlərinin sayı artırılıb

Dünya xəbərləri Materials 15 May 2024 10:48 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Parlamenti bu gün (15 may) həftənin şənbə gününün qeyri-iş günü olması haqda qərar qəbul edib.

Trend-in məlumatına görə, qərar bu gün İran parlamentinin plenar iclasında səsvermə nəticəsində qəbul olunub.

Bu qərar İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

Qərarda bildirilir ki, İranın bir sıra orqanları, o cümlədən, hüquq-mühafizə, təhlükəsizlik, xidməti qurumlar, səhiyyə, banklar və idman mərkəzləri istisna olmaqla bütün qurumlar bu qərar çərçivəsində iş saatlarını tənzimləməlidirlər. Qərar 3 ay müddətində qüvvəyə minəcək.

Beləliklə, İranda həftənin cümə və şənbə günləri qeyri-iş günləri olacaq.

İranda həftənin ilk rəsmi iş günü bazar günü – son iş günü isə cümə axşamı günü olacaq.

Xəbər lenti

Xəbər lenti