...

İranda qaz xətti partladı: ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 25 May 2024 13:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhərində qaz boru xəttinin partlaması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Abdanan rayonu qubernatoru Məhəmməd Rəhmani deyib.

Onun sözlərinə görə, özəl rabitə şirkətlərindən biri tərəfindən qazıntı aparılarkən təhlükəsizlik məsələlərinə riayət olunmadığı üçün qaz boru xəttində partlayış baş verib.

“Hadisə nəticəsində iki fəhlə ölüb, biri də yaralanıb. Hadisə nəticəsində bir yaşayış binası tamamilə dağılıb və bir nəfər yaralanıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, fevral ayında İranın Fars və Çahar-Mahal və Bəxtiyari vilayətlərində magistral qaz xətti partladılıb. Nəticədə müəyyən ərazilərdə qaz verilişində məhdudiyyət yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti